Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Araşdırma / Ərəbə bələdçilik edən azərbaycanlılar kimliklərini niyə gizlədib? – İşi polis araşdıracaq

Ərəbə bələdçilik edən azərbaycanlılar kimliklərini niyə gizlədib? – İşi polis araşdıracaq

DİA.AZ: – 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı “Qırmızı kitab”a düşmüş Şahin quşunu ovlayan 3 şəxsi saxlayıb. Onlardan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 4 göyərçin quşu və 1 qanadı zədələnmiş Şahin quşu götürülüb.

ETSN-dən DİA.AZ-a verilən məlumatda deyilir ki, ov edən şəxslərin İraq Respublikasının vətəndaşı Taha Vasmi Zaidan Sumaida və 2 nəfər Azərbaycan Respublikasının vətəndaşları olduğu müəyyən edilib.

Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək ona inzibati qaydada 3100 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Digər 2 nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsulliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub.

Qanadı zədələnmiş Şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.

Həmçinin oxuyun

GÖMRÜK–KARQO “OYUNUNUN” ƏSAS İŞTİRAKÇLARI KİMLƏRDİR? – “Can Karqo”, “Gültekin Nakliyyat”…

Bu yaxınlarda özlərini türkiyəli iş adamları kimi təqdim edən sahibkarların adından daxil olan və Dövlət …