Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Araşdırma / Ən çox cinayət törədilən rayonlar – SİYAHI

Ən çox cinayət törədilən rayonlar – SİYAHI

2015-ci ildə törədilən cinayətlərin böyük hissəsi Bakı şəhərində olub. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, ötən il paytaxda 12 min 693 cinayət hadisəsi qeydə alınıb. 2014-cü ildə isə bu rəqəm 12 min 288 olub.

Ötən il törədilən cinayətlərin sayına görə ikinci yerdə Sumqayıt şəhəridir -1054 hadisə. 2015-ci ildə Abşeron rayonunda 934, Lənkəranda 768, Gəncədə 739, Astarada 445 cinayət hadisəsi törədilib.

Cinayətlərin ən az qeydə alındığı zona Naxçıvan Muxtar Respublikasıdır. Statistikaya əsasən, burada 2015-ci ildə cəmi 29 hadisə törədilib. Həmin zonada ən çox cinayət Naxşıvan şəhərində qeydə alınıb – 10 hadisə. Culfa rayonunda 8, Sədərəkdə 4, Babəkdə 3, Şərurda 2, Ordubad və Kəngərli rayonlarının hər birində 1 hadisə qeydə alınıb.

Ötən il Şahbuz rayonunda heç bir cinayət törədilməyib.

Ən az cinayət hadisəsinin qeydə alındığı rayonlar:

Lerik – 40 hadisə

Yardımlı – 48 hadisə

Zərdab – 64 hadisə

Oğuz – 71 hadisə

Siyəzən – 78 hadisə

Qobustan – 79 hadisə

Həmçinin oxuyun

Polşanın gizli qəhrəmanı, azərbaycanlı polkovnik: kod adı “Damazy” – ARAŞDIRMA

Gənc zabit Varşavanın Belvedere saray kitabxanasında kitablarla məşğulkən saatı unudur, qəfildən vacib bir görüşü olduğunu …

Bir cavab yazın