Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Əmisi arvadını yabaya keçirdi – Şəkidə şok olay

Əmisi arvadını yabaya keçirdi – Şəkidə şok olay

Qardaşoğlu Rusiyadan gələn əmisini bıçaqlayıb, arvadını isə yabaya keçirib.

 

Axar.az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Şəkinin Cəfərabad kəndində qeydə alınıb. Rusiya dövlətinin Tümen vilayətində qeydiyyatda olan Qiyas Rüstəmov və həyat yoldaşı Lyudmila Sazanova bir neçə gün əvvəl Cəfərabad kəndinə qonaq gəliblər.

 

Orada onların Qiyas Rüstəmovun qardaşı oğlu Vüsal Rüstəmovla mübahisələri düşüb. Mübahisə zamanı Vüsal Rüstəmov doğma əmisi olan Qiyas Rüstəmova bıçaqla, onun həyat yoldaşına isə yaba ilə xəsarət yetirib. Müxtəlif xəsarətlər alan Qiyas Rüstəmov və onun həyat yoldaşı Lyudmila Sazanova xəstəxanaya çatdırılıb.

 

Hadisəni törədən Vüsal Rüstəmov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın