Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Əməkdar artistin oğlu həbsdə qaldı – Məhkəmə qərarı

Əməkdar artistin oğlu həbsdə qaldı – Məhkəmə qərarı

Bu gün Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanovun imtina etdiyi oğluna hokm oxunub.
Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib.
Sənətkar bildirib ki, məhkəmə Emil Rəhmanovun iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb: “Bakı Apelyasiya Məhkəməsində işə baxıldı. Məhkəmə əvvəlki qərarı qüvvədə saxladı. Bu çox pis oldu. Emil bu cəzanının yarsını çəkib”.
Aktyor Ali Məhkəməyə müraciət etməyə ehtiyac olmadığını vurğulayıb.
Xatırladaq ki, Aktyor Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov 2016-ci ildə həbs olunub.
Həmin vaxt aktyor “ailəmin adını ləkələyib. Mən ondan imtina edirəm, o düzələnə kimi”- deyə bəyan etmişdi. Xatırladaq ki, aktyorun oğlu bundan əvvəl 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın