Şənbə , May 28 2022
Ana səhifə / Araşdırma / “Əmək” ordenli qadın sahibkara qarşı ŞOK İTTİHAM: Yarım milyonluq mənimsəmə…

“Əmək” ordenli qadın sahibkara qarşı ŞOK İTTİHAM: Yarım milyonluq mənimsəmə…

Azərbaycanda tanınmış qadın sahibkar yarım milyonluq mənimsəmədə ittiham edilir.

Azinforum.az Qafqazinfo-ya istinadla xəbər verir ki, iddiaya əsasən, Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızı işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəyib. İttihama görə, o, bu ilin yanvar-mart ayları ərzində şirkətdə anbardar işləyərkən şirkətə məxsus gübrələri sataraq pulunu şəxsi istifadəsi üçün götürüb.

Artıq şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və şikayət üzrə araşdırma aparılır.

Qeyd edək ki, A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Həmçinin oxuyun

Tovuzun “Zəhər Məmməd”i bitkiləri oğluna buraxıb, insanları zəhərləməyə qərar verib

Prezidentin 7 iyun 2018-ci il tarixli sərəncamı ilə «Zəhər Mamed» ləqəbli Məmməd Cahangir oğlu Məmmədov …