Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Əlövsət Əliyev və digərlərinin məhkəmə istintaqı başa çatıb

Əlövsət Əliyev və digərlərinin məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə şahid qismində Bərdə rayon Qeydiyyat, şəxsiyyət vəsiqəsi şöbəsinin baş inspektoru Nazim Şükürov ifadə verib. O bildirib ki, Saçlı və Aysel adlı iki nəfər onun yanına gəlib. Saçlı Ayselin onun qızı olduğunu deyib, sənədlərində hər hansı problem olmadığı üçün onları qəbul edib: “Həmin vaxt Aysel başını divara vurub, özünü qəribə aparırdı. Mən də anasından soruşdum ki, bu niyə belə edir. Anası dedi ki, yanında demirik, qız xərçəng xəstəsidir, buna görə İrana aparmaq istəyirik. Mən də sənədlərə baxdım, şübhə doğurmadığı üçün qəbul etdim”.

Daha sonra prosesdə şahid qismində Murad Muradov, Əziz Cəfərov ifadə verib. Məhkəmədə Emin Şəkinskinin ifadə verilməsi barədə vəsatət qaldırılıb.

Hakim isə buna ehtiyac olmadığı üçün vəsatətin təmin olunmadığını açıqlayıb.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığı barədə qərar qəbul olunub.

Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi iyulun 29-dək təxirə salınıb.

İttiham aktına görə, təqsirləndirilən şəxslər Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovadır.

Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manat pulu oğurlayıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslər – Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.

Qeyd edək ki, təqsirləndirilən Əlövsət Əliyev isə hazırda Almaniyada mühacirətdədir. Ə.Əliyev VHP sədri, deputat, xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın