Ana səhifə / Araşdırma / “Əlibaba və qırx quldur” seriyasından: brilyant qaçaqmalçısı “paqonlu əcinnə”nin caynağına keçir

“Əlibaba və qırx quldur” seriyasından: brilyant qaçaqmalçısı “paqonlu əcinnə”nin caynağına keçir

Xəbər verildiyi kimi ləğv edilmiş MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkjar qruplaşmanın daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib. Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev, Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və digərləri daxildir.

Qeyd ki, qrup üzvlərinə qarşı çoxsaylı ittihamlar üzrə aparılmış istintaqın materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev və digərləri heç də indiyədək Eldar Mahmudovun yaratdığı bədheybət sistemin  ən məşhur personası hesab edilən general Akif Çovdarovdan geri qalmayıblar, hətta törətdiyi əməllərin statistikası baxımından bəzi göstəricilər üzrə onu da geridə qoyublar. Belə məlum olur ki, Azərbaycanda az qala bu cinayətkar qruplaşmanın caynağına keçməyən orta sahibkar, müəssisə və biznes subyekti qalmayıb.

Həmin cinayət işinin epizodlarından biri də Bakının “Gənclik” univermağında qızıl-brilyant alveri ilə məşhur olan sahibkar Mehrəliyev Rəşad Atamoğlan oğlunun 65 min dollarının Füzuli Əliyev tərəfindən alınması barədədir. Bəribaşdan demək lazımdır ki, İstintaqın iş üzrə zərərçəkən kimi tanıdığı Rəşad Mehrəliyev  özü də qanunsuz əməllərlə-qaçaqmalçılıqla məşğul olurmuş və bunu ifadəsində özü də təsdiqləyir.

Mehrəliyev brilyant qaşları skotçla qıçlarına sarıyır və Bakıya yola düşür

Sahibkar deyir ki2007-ci ildən Bakı şəhərinin Nərimanov rayonunu ərazisində yerləşən “Gənclik” univermağında qızıl-zinət əşyalarının satışını həyata keçirirdi. Vergi ödəyicisi kimi rəsmi qeydiyyatda idi və lisenziyası var idi. (Hazırda işsizdir). Zərərçəkənin ifadəsindən belə məlum olur ki, o satmaq üçün Dubaydan gətirdiyi qızıl-zinət əşyalarını gömrükdən qaçaqmalçılıq yolu ilə keçirirmiş.  Mehrəliyev növbəti dəfə qaçaqmal dalınca 2010-cu il mayın 18-də yola düşüb.  Bakı-Dubay reysi ilə Dubaya gedib və oradan 51 min manata yaxın dəyərində,  ümumi çəkisi cəmi 322 karat olan brilliant daşları alıb. Və Bakıya geri qayıdıb.

Mehrəliyev etiraf edir ki,  malları  rəsmi qaydada gömrüyə  təqdim etməmək üçün onları skotçla ayaqlarına bağlayıb və  20 may 2010-cu il tarixdə axşam vaxtı, saat 17 radələrində Bakı şəhərinə gəlib, gömrükdə həmin qaşların onda olduğu barədə heç bir məlumat verməyib.

Təzəcə “Mersedes”ə oturmuşdu ki…

Gömrüyü və sərhəd nəzarəti postunu keçdikdən sonra Heydər Əliyev Hava Limanının qarşısındakı avtodayanacaqda özünün  Dubaya uçarkən saxlayıb getdiyi saxladığı özünə məxsus «Mersedes» avtomobilinə oturur. Ancaq avtomobili işə salıb aerportun ərazisini tərk etmək ona nəsib olmur. Mülki geyimli 4 nəfər maşına yaxınlaşıb özlərini MTN əməkdaşları kimi təqdim edir. Mehrəliyev xatırlayır ki, həmin əməkdaşlardan biri özünü MTN-in vəzifəli şəxsi Füzuli Əliyev, digəri Natiq kimi təqdim edib, qalan iki nəfərin adlarını, vəzifələrini bilməyib.

Fizuli Əliyev qaçaqmalçılıq yolu ilə ölkəyə brilliant gətirilməsi barədə onlarda müvafiq məlumat olduğunu deyərək R.Mehrəliyevdən MTN-nın Səbail şöbəsinə onlarla birlikdə getməyini tələb edib. R.Mehrəliyevin avtomaşınında və üzərində hər hansı axtarış aparmadan Fizuli ƏIiyev ondan avtomaşınının açarlarını götürüb, qaçaqmalçı sahibkarın  özünü arxa oturacağa otuzdurub. İki MTN əməkdaşını isə “ovun” maşından düşüb qaçmaması üçün onun sağında-solunda əyləşdirib. Daha bir MTN əməkdaşı isə aeroporta gəldikləri qara rəngli “cip”lə onların arxasınca hərəkət edib.

 

MTN-in Səbael rayon şöbəsində söhbət

Beləliklə, Mehrəliyevi MTN-in Səbael rayon şöbəsinə gətiriblər, sahibkar xatırlayır ki, həmin şöbə “Azərbaycan” kinoteatrının yaxınlığında yerləşdirdi və onu şöbənin birinci mərtəbəsində yerləşən otağa salıblar. Orada R.Mehrəliyev könüllü olaraq üstündə olan Dubaydan gizli gətirdiyi brilyantları təqdim edib, lakin həmin əməkdaşlar qaçaqmalçılıq faktı və brilyantların götürüldüyü barədə hər hansı bir protokol tərtib etməyiblər.

Təxminən 1-2 saatdan sonra Hava Limanının gömrük  əməkdaşları şöbəyə gəlib R.Mehrəliyevi MTN-nın əməkdaşlarının iştirakı ilə yenidən aerporta  aparıblar. MTN-nın əməkdaşlarından Hava Limanına Fizuli Əliyev getməyib, R.Mehrəliyevi tutan əməkdaşlardan yalnız Natiq adlı əməkdaş gömrükxananın əməkdaşları ilə birlikdə Hava Limanına qayıdıb. Hava Limanında üzərində olan malların aşkar edilməsi sənədləşdirilib, həmin malların dəyəri və çəkisi müəyyən edildikdən sonra R.Mehrəliyevdən izahat alınıb və gecə vaxtı saat 04-05 radələrində onu evə buraxıblar.

Həbsə girməməyin qiyməti 100 min

Bu hadisənin ertəsi günü Mehrəliyev iş yerinə gedib qızıl-zinət əşyaları ticarətini davam etdirməkdəydi ki, Füzuli Əliyev onun yanına, “Gənclik” Ticarət Mərkəzinə gəlir. MTN polkovniki ona deyir ki, qaçaqmalçılıq faktı üzrə barəsindəki təhqiqata onlar nəzarət edir. “Sən bilməlisən ki, istənilən vaxt MTN barəndə həbs qətimkan tədbiri seçə bilər. Həbsə girməmək üçün gərək 100 min manat verəsən”-MTN paqonlu “əcinnə” Mehrəliyevə deyir.

Mehrəliyev isə təbii ki, dərhal bu qədər pulu verə bilməzdi, “məndə 100 min yoxdu” deyir. Zərərçəkən xatırlayır ki, bu söhbət 2010-cu il mayın 21-də, günorta saatlarında olub. Füzuli Əliyev israrla ondan tələb edib ki, 100 min verməlidir, yoxsa “içəri” gedəcək. Mehrəliyev bir qədər vaxt istəyib. İki gün sonra Əliyev yenidən onun iş yerinə gəlib, söhbəti davam etdirmək üçün Mehrəliyevi Atatürk parkına aparıb. Bu dəfə Mehrəliyev artıq müqavimət göstərməyin mənasız olduğunu başa düşüb, 65 min dollar düzəldib F.Əliyevə çatdıracağına dair söz verib.

“Atatürk parkında pulları F. Əliyevə verdim…”

Mehrəliyev deyir ki, pulu verməkdən başqa yolu yox idi. Çünki o vaxt MTN kimi istəsə tuturdu. Qızıl alverçisi 65 min dolları borc-xərc toplayır, 40 minini özü qoyur, qalanını borc götürür. Mayın 25-də günün ikinci yarısında Atatürk parkında F.Əliyevlə görüşür və pulları verir.

Bəs Mehrəliyevin özünün barəsində qaldırılmış cinayət işinin axırı necə olur? Sahibkar deyir ki, qaçaqmalçılıq faktı üzrə onu bir müddət sonra Xəzər rayon məhkəməsi 3 il müddətinə həbslə cəzalandırıb, ancaq sınaq müddəti tətbiq edərək Mehrəliyevə həbsxanaya göndərməyiblər.

 

Polkovnikin əlamətləri: orta bədənli, bığsız, qulaqları çölə əyilib…

İstintaqa ifadəsində Mehrəliyev MTN polkovnikinin əlamətlərini dəqiq xatırlayıb: 177-179 sm boyunda, orta bədənli, bığsız, saçları qismən ağarıb, xüsusən də qulaqlarının forması yaddaqalandır. Çünki MTN-çinin qulaqları çölə tərəf əyilib və bu, zahirən dərhal nəzərə çarpır. Habelə Mehrəliyev danışıb ki, başqa qızıl-zinət alverçiləri, zərgərlər də F.Əliyevi yaxşı tanıyırlar, çünki Əliyev onların hamısını ayrı-ayrı vaxtlarda MTN-ə aparıb pullarını almışdı.

Qeyd edək ki, qruplaşmanın işi üzrə cinayət işinin materiallarında Sübahir Qurbanovun və digərlərinin soyub-taladığı onlarla qızıl-zinət alverçisinin adı keçir. Lakin bu hələ hamısı deyil. Qruplaşmanın əməllərindən zərər çəkənlərin çoxu istintaqa müraciət etməyib və vaxtilə onlardan alınan pulların geri qaytarılacağına ümid etmədiklərindən şikayətçi olmayıblar… (Virtualaz.org)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın