Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Əli İnsanov Bakı istintaq təcridxanasının rəisini məhkəməyə verdi

Əli İnsanov Bakı istintaq təcridxanasının rəisini məhkəməyə verdi

“Əli İnsanov İnzibati iqtisad Məhkəməsinə şikayət edib”. Bu haqda Modern.az saytına sabiq nazirin vəkili Toğrul Babayev məlumat verib.
Vəkil bildirib ki, müvəkkili şikayət ərizəsində bir sıra halları sadalayıb: “Sabiq nazir heç bir əsas olmadan karserə salınıb və üç gün dözülməz şəraitdə saxlanılıb, ona yetərincə qida verilmir. Buna görə də keçmiş səhiyyə naziri Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasının rəisi Azər Seyidovu məhkəməyə verib.
Həmçinin Əli İnsanov müəyyən olunmuş qida rasionunu almadığına görə təcridxana rəhbərliyinə də müraciət edib. Vəkil məhkəmə prosesinin yaxın günlərdə baş tutacağını qeyd edib: “Ümid edirik ki, məhkəmə prosesində Əli İnsanovun hansı səbəbdən karserə salınması, qidasının azaldılması aydınlaşacaq”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsi 18 iyun 2015-ci ildə Əli İnsanovun xarici banklarda toplanmış qonorarlarının müsadirə olunması barədə qərar çıxarıb. Keçmiş nazir də həmin qərardan apelyasiya şikayəti verib.
Eyni zamanda, apelyasiya məhkəməsinə ərizə ilə müraciət edərək, özünün prosesdə iştirak etmək istəmədiyini bildirib. Bunu əvvəllər də Bakı Apelyasiya Məhkəməsində işinə baxılarkən şüşə kabinəyə salınaraq, danışmağa imkan verilməməsi ilə izah edib”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın