Ana səhifə / Araşdırma / Əli İnsanov ərizə yazdı: “Məhkəməni mənsiz keçirin”

Əli İnsanov ərizə yazdı: “Məhkəməni mənsiz keçirin”

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə hakim bildirilib ki, Ə. İnsanov məhkəməyə ərizə ilə müraciət edib və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş edib.

Məhkəmə iclasında sabiq nazirin vəkili Ağaveys Şahverdi vəsatətlə çıxış edib. O, prosesin məhkəmə istintaqı ilə aparılmasını, bəzi sübutların əsassız olduğu üçün maddi sübutlar siyahısından çıxarılmasını, Ə. İnsanovun narkotik vasitə saxlanılan qabda və cırdığı iddia olunan aktda barmaq izinin olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsini istəyib. Dövlət ittihamçısı Ceyhun Budaqov vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə baxışı 22 iyun saat 15:00- a təyin edilib.

Qeyd edək ki, 26 aprel 2017-ci ildə Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Şikayət həmin hökmdən verilib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın