Ana səhifə / Araşdırma / Əli Heydərovu “paqona işlədiyi” üçün güllələdilər?

Əli Heydərovu “paqona işlədiyi” üçün güllələdilər?

Müstəntiqlər ötən gün Moskvada, fitnes mərkəzində güllələnən azərbaycanlı “vor zakon” Əli Heydərovun (“Albert Rıjiy”) qətli ilə əlaqədar iki əsas versiyanı nəzərdən keçirirlər. Birinci versiya onun güc strukturları ilə əməkdaşlıq etməsi, ikincisi ötən ilin avqustunda Antalyada güllələnən digər məşhur azərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) görə qisasdır.

Virtualaz.org xəbər verir ki, Rusiya mətbuatı bu nümayişkarənə qətl barədə geniş yazmaqdadır. Xəbər verildiyi kimi, günorta saatlarında “Albert Rıjiy” yaşadığı binanın altındakı fitnes zalında qaçış cığırında idman edərkən killer ona yaxınlaşıb, bir neçə dəfə atəş açıb və daha sonra arxayın şəkildə hadisə yerindən uzaqlaşıb. Qətl anı videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Görüntülərə əsasən killerin Taleh Namiq oğlu Orucov olduğu (ən azından bu ad-soyadla sənədi olan) məlum olub. Hazırda onun axtarışları gedir.

Məlum olub ki, killer “qanuni oğru”ya döyüş təyinatlı tapança-pulemyotdan atəş açıb, daha sonra silahı çantasına qoyaraq uzaqlaşıb.https://www.youtube.com/embed/Et8BHL0Q9Wk?fs=1&feature=oembed&&wmode=opaque

“Heydərovun qətlində əsas versiya onun hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməsinə görə oğru dünyasının qisasıdır. Məsələ burasındadır ki, Əli Heydərov ötən il həbsdən şərti cəza ilə azadlığa çıxıb, Rusiyanın kriminal aləmində ilk dəfədir ki, “qanuni oğru” titulunu daşıyan biri bu maddə ilə azadlığa çıxır. Çünki bunun üçün həbsxana administrasiyası ilə əməkdaşlıq etmək tələb olunur, bu da “qanuni oğru”lara qadağandır”,-“Moskovskiy Komsomolets” qəzeti situasiya ilə tanış olan mənbəyə istinadən yazır. İstisna edilmir ki, “Albert Rıjiy” həbsxanada nüfuzlu kriminal avtoritetlərin əleyhinə ifadə verib.

İkinci versiya isə “Lotu Quli”yə görə qisasdır. Belə ki, kriminal aləmdə “Albert Rıjiy” “Lotu Quli”nin qətlinin sifarişçisi hesab olunurdu. Baxmayaraq ki, onların hər ikisi “Ded Xasan” ləqəbli Aslan Usoyanın (hazırda sağ deyil) qruplaşmasına daxil idi, amma “Ded”in sağlığında aralarında düşmənçilik yaranmışdı. Qəzet yazır ki, bu düşmənçilik “Ded Xasan”ın öldürülməsindən sonra da səngiməyib.

Qeyd edək ki, “Lotu Quli”nin qətlinin sifarişçisi kimi əsasən “Rövşən Lənkəranski”nin klanı nəzərdən keçirilir.

“Albert Rıjiy” Rusiyanın Arxangelsk və Xabarovsk vilayətlərində “Ded Xasan”ın qruplaşmasının təyin etdiyi “nəzarətçi” olub, daha sonra kriminal karyerasına Sankt-Peterburqda davam edib.

Virtualaz.org

Həmçinin oxuyun

Sərhədçiləri öldürən şəxslərdən birinin kimliyi bilindi

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə …