Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Araşdırma / Əli Həsənov yanğın baş verən yataqxanaya getdi – HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR-YENİLƏNİB

Əli Həsənov yanğın baş verən yataqxanaya getdi – HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR-YENİLƏNİB

Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamalda yanan yataqxananın ərazisinə yollanıb.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Əli Həsənov yanan binanın sakinlərinin şikayətlərini dinləyir.

***

Yasamalda məcburi köçkün yataqxanasında baş verən güclü yanğın nəticəsində 6-7 nəfər sakin təxliyə olunub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, onlar binanın 3-cü və 4-cü mərtəbələrindən çıxarılıb və təcili yardıma təhvil veriliblər.

Yasamal İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev və icra hakimiyyətinin qaçqınlarla iş üzrə sektor müdiri Bahadır Nurullayev hadisə yerinə gedib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Lent.az-a bildirilib ki, məcburi köçkünlərin yataqxanasında baş verən yanğın zamanı 5 nəfər tüstüdən boğulub. Onlardan 4 nəfərə elə yerindəcə ilkin yardım göstərilib, 1 nəfər isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Ona da tibbi yardım göstərildikdən sonra buraxılıb.

***

Yasamalda yanan yataqxanada yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir. Bu barədə Lent.az-a Yasamal rayon Dövlət Yanğından Mühafizə hissəsindən məlumat verilib. Bildirilib ki, ətraf rayonlardan hadisə yerinə xeyli texnika və canlı qüvvə cəlb edilib. Yanğın lokallaşdırılıb və onun tamamilə söndürülməsi istiqamətində iş aparılır.
Yanğının baş verməsinə təzə çəkilən işıq xətlərinin səbəb olduğu deyilir. Sakinlər bildirib ki, bu, yataqxanada baş verən 3-cü yanğındır.

Yasamalda məcburi köçkünlərin yataqxanasında baş vermiş yanğınla əlaqədar hadisə yerinə 3 təcili tibbi yardım briqadası göndərilib. Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki, hələ hospitalizasiya edilən yoxdur. Binada qalıb qalmayanlarla bağlı iş gedir.

Yataqxana binasının qabağında xırda tikililərin olması yanğınsöndürən maşınların binaya tam yaxınlaşmasına mane olur. Panikaya düşən sakinlər də yanğınsöndürənlərin işinə əlavə maneə yaradırlar.

***

Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.

Lent.az-ın hadisə yerində olan əməkdaşının xəbərinə görə, yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edir. Binanın bir bloku tamam yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub.

foto yangin bn.jpg (228 KB)

Həmçinin oxuyun

Azərbaycanda QİÇS problemi – əgər virusa yoluxmusunuzsa… – Fotolar

Əməkdaşımızın QİÇS-lə Mübarizə Mərkəzindən eksklüziv reportajı; SPİD xəstəsi öz yaxınları üçün təhlükədirmi, ən çox nələrə …

Bir cavab yazın