Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Əkizlərin vurduğu kişinin vəziyyəti kritikdir – Həkimi açıqladı

Əkizlərin vurduğu kişinin vəziyyəti kritikdir – Həkimi açıqladı

Bu gün səhər müğənni Sevinc-Sevil Səfərova bacılarının törətdikləri qəza nəticəsində yaralanan kişi “Semaşko” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

“ Azinforum.az ” xəbər verir ki, xəstəxanada olan yeniçağ.az saytının əməkdaşlarının əldə etdiyi məlumata görə, zərərçəkənin adı Zöhrab Ağayevdir. O, bu gün səhər ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib.

Zöhrab Ağayevin həkimi neyro-cərrah Nicat Məmmədov xəstənin vəziyyəti ilə bağlı açıqlama verib:

“Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyət çox kritikdir. Çünki burada yaş faktoru da var. Müayinələr aparılır.

Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”.


Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın