Çərşənbə , Noyabr 20 2019
Ana səhifə / Araşdırma / Əfqanıstanda qısqanc ər arvadının qulaqlarını kəsib

Əfqanıstanda qısqanc ər arvadının qulaqlarını kəsib

Əfqanıstanın Bəlx əyalətində ər həyat yoldaşının qulaqlarını kəsib.

Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, hazırda 23 yaşlı Zarina adlı bu qadın xəstəxandadır.

“Mən heç bir günah iş tutmamışam. Bilmirəm ərim məni niyə bu hala salıb”,-deyə qadın vurğulayıb.

Polis bildirib ki, qadının əri hadisəni törətdikdən sonra Kaşinda rayonundan qaçaraq gizlənib.

O, 13 yaşında olarkən ərə verildiyi və əri ilə münasibətlərinin heç də yaxşı olmadığı qeyd edib.

Zarina əri onun öz valideynləri ilə görüşməsinə icazə vermir. “O, hər şeydən şübhələnən adamdır və mən valideynlərimi görməyə gedəndə başqa kişilərlə söhbət etməkdə günahlandırırdı”, – deyib bildirib.

Zarinanın başına gələnlər Əfqanıstanda qadınlara qarşı törədilmiş hay-küly məişət zorakılıqlarından sonuncusudur:

*2016-cı ilin yanvar ayında Fəryab vilayətinin Gormaç rayonunda Reza Gul adlı gənc qadının burnu əri tərəfindən kəsilib.

*2015-ci ilin noyabrında Gor vilayətində bir gənc qadın sədaqətsizlikdə günahlandırılandan sonra daşqalaq edilərək öldürülüb.

*2015-ci ilin martında kabilli gənc qadın Farxunda Quranı yandırdığına dair saxta iddialarla qaragüruh tərəfindən döyülüb və yandırılıb.

*2014-cü ilin sentyabrında mərkəzi Daykundi vilayətində polisin dediyinə görə bir kişi mətbəx bıçağı ilə arvadının burnunun bir hissəsini kəsib. Onun həbs olunub-olunmadığı bilinmir.

*2010-cu ildə əhvalatı Time jurnalının üz qabığında çap olunmuş Ayşanın əri, o 18 yaşındaykən evdən qaçdığına görə onun burnunu və qulaqlarını kəsərək eybəcər hala salmışdı.

Həmçinin oxuyun

Bəxtiyar Vahabzadənin “Gülüstan”ı KQB-dən belə gizlədilib…

Hörmətli Azər Turan!Sizə yollayacağım yazı xalq şairi Bəxtiyar Vahabzadənin məşhur “Gülüstan” poemasının ilk dəfə necə …

Bir cavab yazın