Sosial şəbəkədə biz:

“Kod 110” planı: O niyə bu adı almışdı, nəyə işarədir? - Araşdırma

“Kod 110” planı: O niyə bu adı almışdı, nəyə işarədir? - Araşdırma
Xəbər Şəkli
25 July 2026, 10:11
Araşdırma

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraillə 40 günlük müharibəyə dair bir sirrin üstünü açandan “Kod 110” planının adındakı mənaya dair müxtəlif fərziyyələr səslənir.

İranın Ali Milli Təhlükəsizlik Şurasında bütün ehtimallar əvvəlcədən nəzərə alındığından belə bir plan işlənib hazırlanıb.

“Müharibədən qabaq bütün ssenarilər nəzərdən keçirilmişdi. Hətta Ali Rəhbərin (Ayətullah Seyyid Əli Xamenei – red.) hədəf olacağı təqdirdə nə ediləcəyini nəzərdə tutan ssenari də vardı. Şurada görüş zamanı heç kim bunu dilinə gətirib deyə bilmirdi ki, məsələn, Ali Rəhbər şəhid ola bilər. Buna görə şifrədən – “Kod 110”dan istifadə edirdik və hamı "Kod 110"un nə məna verdiyini bilirdi”, - Abbas Əraqçi bildirib. pizza mizza

Abbas Əraqçi plana niyə məhz bu adın verildiyini açıqlamayıb.

“110 ilk baxışdan nəsə ifadə etməsə də, Əbcəd hesabı ilə “Əli” sözünü işarədir. Yəni “Əli planı”. Bu, Ali Rəhbərin adına eyhamdır. Onun arxasında isə dərin mənəvi izahlar var. İranlılar bu mistik və simvolik işarələri çox sevirlər”, - deyə şərqşünas-yazar Kənan Rövşənoğlu “Facebook” postunda qeyd edib.

“Əli” sözü ərəb əlifbası ilə “ayn”, “lam” və “ya” hərflərindən ibarətdir. Hər bir hərfin ifadə etdiyi rəqəm var: “Ayn” – 70, “Lam” – 30” və “Ya” – 10. Üst-üstə gəldikdə cəm 110 edir”, - şərqşünas-yazar Əziz Rzazadə “Yeni Sabah”a bildirib.

Onun sözlərinə görə, Əbcəd hesabının tarixi qədim Uqari (Uqarit - indiki Suriyada qədim şəhər-dövlət – red.) qədər gedib çıxır. Mixi yazıya bənzər Uqari yazıları eramızdan əvvəl ikinci minilliyə aid və 22 hərfdən ibarətdir. Həmin 22 hərf ərəb dilinə arami dilindən daxil olmuş Əbcəd əlifbasının ilkin 22 hərfi ilə eynidir. Maraqlı budur ki, bu hərflərin sırası ingilis əlifbası ilə də uyğun gəlir.

Ə.Rzazadə əlavə edib: “Əbcəd hesabından bəzi kitabların giriş səhifələrində nömrələmə kimi istifadə edilir. Divan ədəbiyyatında bir çox müəllifin öz əsərinin yazılış tarixini hansısa beytdə onunla qeyd etməsi də geniş məlumdur. Salnaməçilər belə mühüm zəfər, tacqoyma və s. hadisələri əbcədlə həkk ediblər. Bir çox padşahın möhürlərində də bunu görmək mümüknüdür. Bundan başqa, musiqidə Əbcəd hesabı ilə notları yazmaq adəti olub. Lakin daha geniş istifadə şifrələməyə aiddir. Xüsusən, astrologiyada buna daha çox rast gəlinir.

Bəziləri inanır ki, bir insanın bürcünü onun adındakı hecaların sayına əsasən müəyyən etmək olar. Bu məqsədlə şəxsin adı və anasının adı Əbcəd hesabına çevrilməli və sonra bir-birinə əlavə olunmalıdır. Cəmi 12-yə, yəni bürc sayına bölürdülər.

Yaxud fərdlərin evliliyi və iki insanın ulduzlarının uyğun olub-olmadığını görmək üçün qız və oğlanın anasının adlarını və öz adlarını Əbcədə çevirmək və hər 4 adın əbcədini toplamaq və nəticəni beşə bölmək lazım gəlir. Qalıq 1, 3 və ya 5 olarsa, iki insanın ulduzları uyğundur, 2 və ya 4 olarsa, onların ulduzları uyğun deyil və qalıq sıfır olarsa, bu, tərəflərin ailə üzvlərindən birinin bu evliliyə qarşı olduğunu və ulduzlarının qətiliklə uyğun olmadığını göstərirdi”. yenisabah.az