AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırdı

AFFA U-13 Liqasında çıxış edən iki komandanı – “Sahil” və “Pambıqçı”nı texniki məğlubiyyətlə (0:3) cəzalandırıb.

Bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Cəzaya səbəb hər iki komandanın təyin edilən vaxtda meydanda olmamasına görə oyunların baş tutmamasıdır. Noyabrın 23-də “Sahil” “Neftçi” ilə matça gəlmədiyi üçün komandaya texniki məğlubiyyət verilib. “Pambıqçı” isə ayın 13-də “Füzuli” ilə görüş üçün təyin edilən vaxtda meydanda olmadığı üçün cəzalandırılıb.

AFFA U-16 Liqasında noyabrın 22-də keçirilən “Dinamo” – “Şamaxı” görüşünün 65-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Kamran Məhərrəmov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Futbolçu bu hərəkətinə görə 4 oyun cəzalandırılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol