Cümə , Aprel 19 2024
Ana səhifə / Züqanov Azərbaycan kommunistlərinə medal verdi

Züqanov Azərbaycan kommunistlərinə medal verdi

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Litva kommunistlərinin liderlərini “Böyük Qələbənin 70 illiyi” medalları ilə təltif edib.

Təltifetmə mərasimi Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumu ilə məkəzi nəzarət-təftiş komissiyasının birgə toplanısında keçirilib.

Züqanovdan ilk medal alan Ukrayna kommunistlərinin lideri Pyotr Simonenko olub. Daha sonra digər ölkələrin kommunistləri medallarını alıblar. Mərasimdə həmçinin Simonenko və Belarus kommunistlərinin rəhbəri İqor Karpenko Rusiya Kommunist Partiyasının plenumunun rəyasət heyətinə seçiliblər.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın