Ana səhifə / Aktual / Zöhrə Abdullayevanın oğlu DGK-nın şöbə rəisi olubmuş – Foto

Zöhrə Abdullayevanın oğlu DGK-nın şöbə rəisi olubmuş – Foto

Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Zöhrə Abdullayevanın oğlu vəfat edib. 

“Qafqazinfo”nun yas mərasimində iştirak edən əməkdaşlarının məlumatına görə, 47 yaşlı İsrafil Abdullayevin iki övladı var. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.

İ. Abdullayevin cənazəsi bu gün günorta saat 2-də Nardaran qəsəbəsində yerləşən evindən götürüləcək. O, Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Beyin xərçəngindən əziyyət çəkən Abdullayevin son 3 gündə vəziyyəti pisləşib və o, bu gün səhər saatlarında dünyasını dəyişib.

Bildirilir ki, İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …