Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Zlatan İbrahimoviç: “Azərbaycana qolf oynamağa gəlmişəm”

Zlatan İbrahimoviç: “Azərbaycana qolf oynamağa gəlmişəm”

Ötən gün Azərbaycana gələn İsveç millisinin və Fransa ” PSJ”-nin ulduz futbolçusu Zlatan İbrahimoviç səfərin səbəbini Türkiyənin “Milliyet” qəzetinə açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, o, “Qalatasaray”a transfer olub-olmayacağına da aydınlıq gətirib: “Geridə qalan mövsüm bizim üçün uğurlu oldu. Hələlik gələcək karyeramla bağlı hər hansı plan qurmamışam. “Qalatasaray”a tranfser olmayacam. İstanbula sadəcə, Bakıya getmək üçün gəlmişəm. Azərbaycana qolf oynamaq üçün gedirəm”.

Qeyd edək ki, İbrahimoviçin ölkəmizə Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə təşrif buyurub.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın