Sürücü yol polislərini tabe olmamasını onunla əsaslandırıb ki, maşında başqa sərnişin də olub. O, həmin sərnişini yola salmaq üçün köməyə maşın çağırıb. Bir qədər sonra isə hadisə yerinə üzərində Nəqliyyat Nazirliyi yazılmış 3 avtomobil yaxınlaşıb. Nəqliyyat müfəttişi geyimində olan bir nəfər sərxoş halda saxlanılan sürücüyə yaxınlaşaraq onu sakitləşdirməyə çalışıb. Həmin sürücü isə öz maşınındakı sərnişini Nəqliyyat Nazirliyinə məxsus avtomobilə mindirərək yola salıb. Yalnız bundan sonra həmin şəxs yol polisləri ilə birlikdə sərxoşluq dərəcəsini müəyyən etmək üçün tibbi müayinə mərkəzinə getməyə razı olub.
Avtosfer.az-ın apardığı araşdırmalar nəticəsində həmin sürücü ilə bağlı başqa maraqlı faktlar da ortaya çıxıb. Yeni görüntülər əldə etməyə çalışırıq və onları da təqdim edəcəyik.