Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ziya Məmmədovun “Delfin”li dönüşü, yoxsa imitasiya…

Ziya Məmmədovun “Delfin”li dönüşü, yoxsa imitasiya…

Sabiq nəqliyyat nazirinin keçmiş şərikləri Hafiz Məmmədovla məhkəmə çəkişməsinin sirri; Məmmədovların arxasındakı və ya onun “Delfin”inə sahiblənmiş sirli adam(lar) kim(lər)dir?

Sabiq nəqliyyat naziri Ziya Məmmədovla keçmiş şəriki  “Hafka”ləqəbli Hafiz Məmmədov arasında maliyyə çəkişməsi barədə yeni məlumatlar var. Məlumdur ki, bir müddət öncə “Delfin” hotelin təsisçisi olan “Delfin” MMC məhkəməyə müraciət edib.

MMC 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Hafka”nın “Bakı” Futbol Klubuna qarşı iddia qaldırıb. Klubun bazası hotelə bitişik sahədə yerləşir və həmin sahə sabiq nazirin ailəsinə məxsus olub. MMC klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmasını tələb edib. “Hafka”nın klubu da qarşılıqlı iddia verərək həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyib. Məhkəmə “Delfin”in iddiasını təmin edərək klubun həmin ərazini tərk etməsinə qərar verib. “Hafka”nın iddiası isə rədd olunub və ona hər hansı məbləğdə pulun ödənilməsi nəzərdə tutulmayıb. Bundan sonra “Bakı” yuxarı instansiya məhkəməsinə müraciət edərək qətnamədən şikayət edib. İşə yanvarın 9-da Bakı Apelyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin icraatında baxılıb. Bu dəfə də qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

“Hafka”nın “Bakı” Futbol Klubu ile ilgili görsel sonucu

“Delfin” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun şirkətlərindən biri olub.  Bu MMC “Garant Holdinq”in tərkibinə daxil idi. “Bakı” isə Hafiz Məmmədovundur. Məmmədovların “Delfin”inin  “Hafka”nı “udması” dərhal medianın yenidən diqqətini çəkib. Amma ortada cavabsız olan xeyli suallar var ki, onun ən əsası “Delfin” MMC ilə bağlıdır. Bu MMC-nin Məmmədovların nəzarətində olmadığı barədə çoxsaylı xəbərlər var. O səbəbdən Məmmədovların yenidən siyasi səhnəyə məhkəməni udmaqla qayıtması şübhəlidir. Qeyd edək ki, bir ay öncə “Bakı”nın 11 hektarlıq ərazisi 15 milyon manata satışa çıxarılıb. Bu satışın da arxasında A.Məmmədovun, yoxsa başqa birinin olduğu bilinmir.

Məhkəmə qərarından sonra “Bakı” stadionu tərk etməli, yeni sahiblərinə verməlidir. Məsələ ilə bağlı “Bakı”nın icraçı direktoru Yaşar Seyidov bir neçə gün əvvəl mediaya müsahibəsində deyib ki, onlar bu məsələlərə qarışmırlar: “Biz bu məsələlərə qarışmırıq. Bilmirik bu xəbərlər hardan çıxıb, necə yayılıb? O proseslərdən bizim məlumatımız yoxdur. Yerimizdəyik və məşqlər də davam edir. Bilirsiniz ki, burada ”İsgəndər Cavadov Bakı Futbol Akademiyası” fəaliyyətini davam etdirir. Bu məhkəmə işi ilə bağlı bizə heç kim təlimat verməyib”. Hazırda həvəskarlar liqasında mübarizə aparan “Bakı” vaxtilə iki dəfə premyer-liqanın qalibi olub, Azərbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib. Maliyyə sıxıntısı yaşayan paytaxt təmsilçisi hazırda AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalarda “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” adı ilə təmsil olunur.

“Hafka”nın “Bakı” Futbol Klubu ile ilgili görsel sonucu

Vaxtilə Z.Məmmədova “ağsaqqalım” deyən H.Məmmədovla sabiq nazirin münasibətlərinin bu səviyyədə pozulmasının səbəbi  barədə  müxtəlif  iddialar var. Məlumdur ki, “Bank of Azerbaijan” əvvəllər “Garant Holdinq”in tərkibində fəaliyyət göstərib. 2013-cü ilin yanvarında Anar Məmmədov bankın səhmlərinin 81 faizinə sahib olub. Həmin ildən sonra isə bank səbəbi göstərilmədən Hafiz Məmmədovun nəzarətinə verilib. 2014-cu il mayın 22-də isə Hafiz Məmmədov Müşahidə Şurasının sədrliyindən, qohumları isə Müşahidə Şurasının üzvlüyündən uzaqlaşdırılıb. 2015-ci ilin dekabrında isə “Bank of Azerbaijan” ASC müflis olduğunu elan edib. “Bank of Azerbaijan”ın hazırda borcluları arasında keçmiş nəqliyyat nazirinin şirkətləri və yaxın adamları var. Bildirilir ki, Z.Məmmədovun ailə şirkəti olan “Garant-Holdinq”in tərkibində olan müxtəlif şirkətlər bankdan 5 milyon dollar və elə o qədər də manat kredit götürüblər. Habelə keçmiş nazirin oğlu Anar Məmmədov özünün nəqliyyat şirkəti üçün bankdan 4 milyon dollar kredit götürüb ki, onlar da hələ qaytarılmayıb. Ümumilikdə “Bank of Azerbaijan”ın geri qaytarılmayan kreditlərinin 160 milyon dollar civarında olduğu bildirilir.

“Hafka”nın “Bakı” Futbol Klubu ile ilgili görsel sonucu

Keçmiş nazirin oğlu ilə iş adamı arasındakı konfliktin  Fransanın “Lans” klubu üstündə başlandığı barədə də mediada xəbərlər vardı. Hafiz Məmmədovun 20 milyon avroya aldığı klubun səhm paketini A.Məmmədovun cəmi 2,5 milyon avroya sahiblənmək üçün “Hafka”nın imzasını saxtalaşdırdığı üzə çıxmışdı. H.Məmmədov qalmaqallı bəyanatla çıxış edərək bildirmişdi ki, o, sözügedən müqaviləyə imza atmayıb və “Lans” klubunun səhmlərinin başqa investora keçməsinə dair heç bir hüquqi razılaşma yoxdur.

Bildirilir ki, şərikliyin pozulmasından sonra H.Məmmədovun borclarını qaytarmaq işinə Məmmədovları qatması qarşı tərəfi qəzəbləndirib. Tərəflərin məhkəmədə çəkişməsinin səbəbləri sırasında bu amilin də rolu olduğu deyilir.  Daha bir maraqlı sual da var: Ziya Məmmədovun arxasındakı və ya onun “Delfin”inə sahiblənmiş sirli adam(lar) kimdir?

“YM”

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …