Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Ziya Məmmədov “qara zolaqda”: namus cinayəti, Yay Oyunlarına “terror”…

Ziya Məmmədov “qara zolaqda”: namus cinayəti, Yay Oyunlarına “terror”…

 

Avropa Oyunlarında rəhbərlik etdiyi federasiyanın medalsız qalması, məlum “qəza” və qardaşının villasındakı məşum qətl nəqliyyat nazirinə ardıcıl zərbələr vurub; yol tikintisinə ayrılan pullardan da kənarda qalan Z. Məmmədov yaxınlarından şikayətçidir…

Nəqliyyat naziri Ziya Məmmədovun hakimiyyətdəki mövqelərinin tam itirməsi prosesi başlayıb. Avropa Oyunlarının yekununda Nəqliyyat Nazirliyinin diqqətdən kənarda qalması, nazirə heç adi bir tərifnamə belə verilməməsi hər kəsin nəzərini cəlb etdi. Z. Məmmədovun uzun illərdi rəhbərlik etdiyi Voleybol Federasiyasının – voleybol millimizin də medaldan kənarda qalması nəqliyyat nazirinin “minus”ları sırasına yazıldı.

 
Qeyd edək ki, bu fiaskodan sonra qızlardan ibarət milli komandanın rəhbərliyi istefaya göndərildi. Xəbərlərə görə, 2013-cü ildə yenidən federasiya prezidenti seçilmiş Z. Məmmədovun bu postundan gedəcəyi də gözlənilir. Həm ölkədə, həm də xaricdə ən yaxşı təlim bazalarında məşq edən milli komandanın xərclənən vəsaitlərə rəğmən əvvəl yarımfinalda, sonra isə üçüncü yer uğrunda oyunda da uduzması federasiya rəhbərinin “fəaliyyətini” üzə çıxardı. 
Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə baş vermiş avtobus qəzasında avstriyalı idmançıların ağır xəsarət alması da Z.Məmmədova daha bir ciddi problem yaratdı.  Avropa Oyunları zamanı baş vermiş yeganə qəza (əslində isə terror!) hadisəsi hakimiyyəti Z. Məmmədovdan ciddi narazı saldı və bu işlə bağlı istintaq hələ də davam edir.
Nəqliyyat nazirinin qardaşı Loğman Məmmədovun oğlu, “Transqeyt” MMC-nin rəhbəri Rövşən Məmmədov bu işin istintaqı ilə bağlı bir neçə dəfə dindirilib. İstintaq belə güman edir ki, “Atletlər kəndi”ndəki hadisə qəzadan çox, sui-qəsdə oxşayır və səbəbdən də araşdırma daha əhatəli gedir. İddialara görə, bu qəza ilə bağlı nazir şəxsən prezidentin yanında olub və izahat verib. Prezidentin naziri bu işə görə möhkəm tənbeh etdiyi də deyilir.
 
Xəbəri redaksiyamıza verən mənbə prezidentin son günlər yol tikintisi ilə bağlı verdiyi sərəncamlarda vəsaitin birbaşa Nəqliyyat Nazirliyinə deyil, həmin rayonların icra hakimiyyətlərinə ayrıldığına diqqət çəkib. Hətta Z.Məmmədovun kuratorluq etdiyi Qubanın yollarına da ayrılmış 8 milyon manat Nəqliyyat Nazirliyinə deyil, icra hakimiyyətinin sərəncamına verilib. 
 
Yeri gəlmişkən, “Azəryolservis” ASC-dən  “Dövlət Dəmir Yolları” QSC-nin rəhbəri gətirilmiş Cavid Qurbanovötən həftə keçirdiyi kollegiya iclasında bir neçə idarə və stansiya rəhbərini işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edib. Məlumatda deyilir ki, işdən çıxarılanlar Z. Məmmədovun kadrlarıdır və illərdir ki, onlara kimsə “gözün üstə qaşın var” deyə bilmirmiş…
Z. Məmmədovun qardaşının Qusardakı villasında baş vermiş qətl də naziri mövqelərinə ciddi zərbə olub. Nazirin “məni düşmənlərim yox, yaxın adamlarım yıxacaq” deyib şikayətləndiyi barədə də iddialar var. İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində nəqliyyat nazirinin qardaşı Nəriman Məmmədovun villasında baş vermiş qətlin namus üstə törədilməsi Məmmədovların adına yazılmış daha bir “minusdur”. 
Rayonda danışılanlara görə, səhvən nazirin qardaşını deyil, onun qudasını öldürən qatil Eynulla Hacıyev iddia edildiyi kimi, içki düşkünü olmayıb. Azpolitika.info saytı da yazır ki,  rayon camaatı Eynulla Hacıyevin bu hadisəni N.Məmmədovun bacısı ilə olan münasibətinə görə deyil, arvadı ilə yaxınlığını aşkarladığı üçün törətdiyini bildirirlər.
 
Qeyd edilir ki, nazirin qardaşının Eynulla Hacıyevin arvadı ilə münasibətinin olduğuna dair söz-söhbət kənddə xeyli vaxt imiş ki, yayılıbmış. Eynulla Hacıyev bunu eşidib, onları izləməyə başlayıb. Hadisə baş verən gün Nəriman Məmmədov Eynulla Hacıyevin arvadı ilə bir yerdə olub. Eynulla Hacıyev evə girərək birinci Nəriman Məmmədovu vurub, sonra arvadını vurmaq istəyib, lakin güllə hədəfə dəyməyib. 
Ehtimal edilir ki, Eynulla Hacıyev arvadını vurmaq üçün onun arxasınca çıxdıqda N.Məmmədovun qudası Ramiz Vəliyevlə qarşılaşıb. Qəzəblənmiş Hacıyev bu məsələdə heç bir günahı olmayan Ramiz Vəliyevi də qətlə yetirib. Ancaq onun arvadını öldürmək cəhdi baş tutmayıb. O, fürsətdən istifadə edərək aradan çıxa bilib. Eynulla Hacıyevin məhz arvadını öldürmək üçün gizləndiyi, buna görə də dərhal polisə təslim olmadığı iddia edilir. Ancaq polis onu bacısının evində taparaq həbs edib.
Qusarda danışırlar ki, Nəriman Məmmədov ağır güllə yarası aldığı üçün Türkiyəyə aparılıb. Onun şok keçirərək dilinin tutulduğuna dair məlumatların isə qəsdən yayıldığı, hadisənin əsl mahiyyətini, motivini gizlətməyə xidmət etdiyi iddia olunur.
Xəbərlərdə o da deyilir ki, nazir Avropa Oyunları səbəbindən ertələdiyi yay məzuniyyətinə də çıxa bilməyib. Bəlkə nazirlikdə təhvil-təslim başlayıb? 
“Yeni Müsavat”
P.S. Nəqliyyat Nazirliyində Z.Məmmədovun hazırda harada olması barədə sualımıza cavab ala bilmədik.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın