Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Aktual / Ziya Məmmədovun qardaşı qalmaqallı torpaq sahəsindən danışdı

Ziya Məmmədovun qardaşı qalmaqallı torpaq sahəsindən danışdı

Sosial şəbəkələrdə AMEA-nın prezidenti Ramiz Mehdiyevin 500-dən çox işçinin bağ sahəsini əlindən alması ilə bağlı məlumat yayılıb.

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Məlumatda qeyd edildiyi kimi işçilərin sayı 500 yox 312 nəfərdir. Müqavilə bağlanılan şəxslər arasında AMEA-nın əməkdaşları olmayanlar da var. Həmin torpaq sahələri qanunsuz mənimsənilib. Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib. Ərazidə olan qanunsuz tikililər söküləcək. Sözügedən torpaq sahələrindən səmərəli istifadə üçün 10 bənddən ibarət konsepsiya hazırlanıb”. /Unikal.org

Həmçinin oxuyun

Qarabağı bildik, bəs Bakıdakı “mina”lar? – Azərbaycanın içinə atılmış sosial media “bombaları…”

Qarabağa döşənmiş minaların xəritələrini Ermənistandan tələb edirik,  bəs Azərbaycanın içinə döşənmiş – bu dəfə insanın …