Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Ziya Məmmədovun gəlini arenaya çıxdı

Ziya Məmmədovun gəlini arenaya çıxdı

Bir neçə gün əvvəl İstanbulda dəb həftəsi keçirilib. Tədbirdə Türkiyədə yaşayan dünya şöhrətli azərbaycanlı model Rüfət İsmayılın “Naz by Rufat Ismayil” moda evi üçün hazırladığı geyim kolleksiyası nümayiş edilib.
Azinforum.az\”qafqazinfo\”ya istinadən xəbər verir ki, “Naz” moda evinin sahibi Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun xanımı, Kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədovadır.
Fəridə Məmmədovaya məxsus moda evinin kolleksiyasında Türkiyənin populyar modelləri – Çağla Şikel, Özge Ulusoy, Şebnem Şefferlə yanaşı, azərbaycanlı model Günay Musayeva da iştirak edib.
Qeyd edək ki, ötən il Bakıda “NAZ Couture” moda evinin təntənəli açılış mərasimi keçirilmişdi.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın