Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Aktual / “Ziya Məmmədov oturub bağ evində şeir yazır, guya Həccə gedir” – Partiya sədri

“Ziya Məmmədov oturub bağ evində şeir yazır, guya Həccə gedir” – Partiya sədri

“Azərbaycanın avtomobil yolları məsələsi hər zaman müzakirə mövzusu olub. İstər Ziya Məmmədovun rəhbərliyi dövründə, istərsə də hazırkı rəhbər Saleh Məmmədovun. Azərbaycanda bu istiqamətdə kifayət qədər pullar xərclənib. Körpülərin tikintisi, yolların çəkilməsi, yol qovşaqlarının quraşdırılması… Hətta Ziya Məmmədovun fantaziyası ilə nəqliyyatın intellektual idarə edilməsi adı altında kifayət qədər milyonlar xərcləndi. Guya Azərbaycanın yolları səliqəyə salınacaqdı, amma heç bir faydası olmadı. Məsələ burasındadır ki, korrupsiyanın, rüşvətin olması kimsədə şübhə doğurmur. Bu, birmənalıdır. Sadəcə olaraq, cəzasızqlıq mühiti var. Bakı-Quba yolu yarım milyard manatdan artıq pul xərclənilmiş yoldur, ancaq heç 15 il tab gətirmədi. Kiminsə hesabat verməsi lazımdır: yolu çəkənin, mühəndisin, tikinti şirkətinin, tenderin qalibinin, yol örtüyü, asfalt istehsal edən zavodun… Kimsə hesabat verməlidir ki, xalqın yarım milyarddan artıq pulu hara xərclənib? Yol çəkilib və bu yol bəlli bir müddətdən sonra daş, beton yığınına, zibilə çevrilib”. DİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

“Kimi məhkəmə qarşısında görürük? Ziya Məmmədov oturub bağ evində şeir yazır, guya Həccə gedir. Həmin yollardan milyardlar qazanan və bu gün övladları xalqın balalarının üzərinə 500 minlik maşınla çıxan o oliqarxlarmı hesabat verəcək? Yaxud da o yolu təhvil alan ekspertlərmi? Cəzasızlıq sindiromu olduğu müddətdə bunu hamı edəcək. Şəxsən Saleh Məmmədovun çəkdiyi yolun Ziya Məmmədovun çəkdiyi yoldan daha yaxşı olacağına zəmanətim yoxdur. Hardadı bizdə o zəmanət? Burda həm də nəzarət mexanizmi yoxdur. Həmişə qeyd etdiyimiz kimi, dövlət idarəçiliyində heç bir halda ictimaiyyətin, ya da müxalifətin nəzarəti yoxdur. Nəzarət olmayan yerdə, təbii ki, hakim də, müstəntiq də, qərar verən də, ittihamçı da özləri olacaq. Əlbəttə, özlərini pis vəziyyətdə qoymayacaqlar. Bu baxımdan, nəzarət mexanizmi qurulmalı, cavabdehlik olmalıdır. Üzərindən neçə il keçməsinə baxmayaraq, ən azından o yola zəmanət verən, təhvil alan, tikən şirkətlər, məsul şəxslər cəzalandırılmalıdır. Ondan sonra bəlkə də digər məsələlər həllini tapar. Yoxsa, Ziya Məmmədov deyir ki, mən tikdim, həbs edilmədim, getdim, vəssalam, bitdi… Rusların məşhur bir sözü var: tutulmamısansa, oğru deyilsən… Bunlar da həmin düşüncədə olan insanlardır. Ona görə də xalqın milyonları, milyardları havaya sovrulur və qarşılığında heç nə əldə edə bilmirlər. əgər deyiriksə, hüquqi dövlət yoxdur, heç olmasa Stalin variantı var. Stalin o vaxt körpülər tikiləndən sonra dövlət təhvil almazdan qabaq onların möhkəm olub-olmadığını yoxlamaq üçün həmin körpünü tikən mühəndislərin, fəhlələrin, zavod müdirlərinin hamısını körpünün altına yığırdı. Körpünün də üstündən tanklar keçirdi. Deyirdi ki, əgər möhkəmdirsə, heç nədən qorxmayın. Əlbəttə, bunu simvolik olaraq misal çəkdim. Hər halda hüquqi bir nəticə olmadıqca, ortadakı yeyinti, korrupsiya, rüşvət faktına görə kimsə cəzalandırılmadıqca, belə də olacaq, təəssüf ki…”

Həmçinin oxuyun

Xalidə Kəngərlinin qardaşından daha bir açıqlama – VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə ginekoloq Xalidə Kəngərli yüksək mərtəbəli binanın 11-ci mərtəbəsindən …