Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / “ZİYA MƏMMƏDOV BAŞ NAZİRİN MÜAVİNİ OLACAQ” – İddia

“ZİYA MƏMMƏDOV BAŞ NAZİRİN MÜAVİNİ OLACAQ” – İddia

Azərbaycanda parlament seçkiləri ərəfəsində struktur islahatları həyata keçiriləcək.
Bu barədə Modern.az-a məlumat verən mənbə qeyd edib ki, dəyişikliklər nəticəsində uzun illər Azərbaycanda nəqliyyat sektoruna rəhbərlik edən Ziya Məmmədov tutduğu nəqliyyat naziri postundan uzaqlaşdırılacaq.
Ziya Məmmədova başqa vəzifə veriləcək. Mənbə bildirib ki, nəqliyyat naziri Ziya Məmmədov Baş nazirin müavini postuna gələcək. Artıq məsələ ilə bağlı Ziya Məmmədovun özünün məlumatlandırıldığı da deyilir.
Onun hansı sahələrə nəzarət edəcəyinə gəlincə, qeyd edilir ki, bir neçə baş nazirin müavini kimi Ziya Məmmədov da daha çox kabinet adamı olacaq.
Məsələni bir az da konkretləşdirsək, o, təxminən hazırkı baş nazirin müavini İsmət Abbasov statuslu bir vəzifədə olacaq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın