Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Zibillikdən “kupça” və bank kartları tapıldı

Zibillikdən “kupça” və bank kartları tapıldı

Son bir ayda tullantıların içərisindən 19 növdə müxtəlif sənədlər tapılıb.

Bunu Publika.az-a açıqlamasında “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Babayev deyib.

“Bu sənədlərin sayı 100-dən çoxdur. Aşkarlanan sənədlər arasında avtomobil sənədləri, “kupça”, şəxsiyyət vəsiqələri, pasportlar, bank kartları var.  Bu sənədləri kağız olaraq tullantıların içərisində məhv edə bilərdik. Lakin zibillər çeşidlənəndə həmin sənədlər tullantıların içərisindən ayırdıq. Onlardan bəzisi səliqəli qalıb, bəziləri yararsız hala düşüb”.

V.Babayev bildirib ki, aşkarlanan sənədlər Bakı Şəhər Baş Polis idarəsinə veriləcək. Orada tapıntılar bürosu var. Sənədlərini itirmiş şəxslər həmin büroya müraciət edə bilərlər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın