Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Zeynəb Xanlarova: Elçibəy görüşdən əvvəl mənə…

Zeynəb Xanlarova: Elçibəy görüşdən əvvəl mənə…

Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda anadan olub. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini, 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Elə həmin ildən Akademik Opera və Balet Teatrının solisti kimi çalışıb.“Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb.
Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Xanlarova həmçinin Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər Tağıyev, Emin Sabitoğlu kimi böyük bəstəkarlarımızın mahnılarını xüsusi ustalıqla ifa edib. Dünyanın əksər ölkələrində konsertlər verən ifaçı bir sıra mahnılarını özü yazıb. Müğənni qastrol səfərləri zamanı bir-birindən maraqlı hadisələrlə üzləşib. Zeynəb Xanlarovanın xüsusən ABŞ-a səfəri zamanı baş verən hadisə xeyli maraqlıdır:
“1989-cu ildə ABŞ-a qastrol səfərinə getmişəm. Konsert zamanı “Reyhan” mahnısını ifa edəndə zaldan səslər ucalmağa başladı. Ayağa qalxıb əl çalırlar, yoxsa məni topa tuturlar – tam başa düşmədim. Mahnını birtəhər sona çatdırıb, səhnəni tərk etdim. Səhnəni tərk edəndə bizi müşahidə edən nəzarətçi qoluma girdi və dedi ki, Zeynəb xanım, siz “Reyhan” mahnısını oxuyanda bunlar elə bilib ki, prezidentləri Reyqan üçün oxuyursan, ona görə belə reaksiya veriblər”.
Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …