Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / “Zeynəbə haqqımı halal etmirəm” –Baloğlan Əşrəfov

“Zeynəbə haqqımı halal etmirəm” –Baloğlan Əşrəfov

“Mahnılarım uzun illərdir xarici müğənnilər tərəfindən mənimsənilir”
Bu sözləri əməkdar artist Baloğlan Əşrəfov mahnılarının əcnəbi müğənnilər tərəfindən müəllifi göstərilmədən ifa edilməsi ilə bağlı axar.az-a danışarkən deyib. Müğənni bu kimi halların dəfələrlə təkrarlandığını bildirib:
 “Mənim mahnılarımı ayrı-ayrı millətlərdən olan müğənnilər ifa ediblər. Bəziləri müəllifi göstərsə də, məndən halallıq alsa da, əksəriyyəti bunu etməyib. Türkiyəli müğənnilər – Sərdar Ortaç və Mahsun Qırmızıgül mahnılarımı ifa etmədən öncə mənimlə əlaqə saxlayıb, icazə istədilər. Mən də onlara dedim ki, oxuyun, halal xoşunuz olsun.
 Bir mahnımı iki gənc müğənni də oxuyub, adlarını unutmuşam, onlar da müəllifi göstərmədən ifa ediblər. O gənclər hətta mahnılarıma klip də çəkdiriblər. Amma müəllif yerinə “anonim” yazıblar. Bundan başqa, bir türk müğənni mənim “Alagöz” mahnımı bir xanımla duet oxumuşdu. O da eyni cür – müəllifi göstərməmişdi. Bu haqsızlıqdır. Bir özbək müğənnisi var – adı Zeynəbdir. O, mənim mahnımı oxuyub, amma adımı qeyd etməyib. Mən belə insanlara haqqımı halal etmirəm”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın