Bazar , Yanvar 24 2021
Ana səhifə / Aktual / Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTOLAR

Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTOLAR

Bu gün sosial şəbəkələrdə Azərbaycan və keçmiş SSRİ-nin Xalq artisti Zeynəb Xanlarovanın evinin görüntüləri yayılıb. Yayılan görüntülərdə Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın evinin bir neçə mərtəbədən ibarət, möhtəşəm villa olduğu aydın olur.

Əzəmətli evin yaşıllıqlar içində baxçası və geniş həyəti var.

Qeyd edək ki, dövlət başçısının incəsənət və mədəniyyət nümayəndələri ilə görüşündə sənət adamlarının problemləri qabartması Zeynəb Xanlarovanı xoşuna gəlməmişdi, hamını həmişəki kimi inkişafdan, şəhərin gözəlləşməsindən və sairdən danışmağa, bir sözlə məddahlığa çağırmışdı.

Görünür, Milli Məslisi daimi deputatlarından olan Zeynəb xanım hamının onun kimi dəbdəbəli həyat yaşamadığını unudub. Ümumiyyətlə, nə vaxtsa xatırlayıbmı? Başqalarını demirik, sözdə vəkillik etdiyi insanların necə yaşadığından, problemlərindən xəbəri varmı?  

1553327160_1553323831_55529939_2368482660056146_7752086446504148992_n



Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …