Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Zeynəb Xanlarovanın 81 yaşı tamam olub

Zeynəb Xanlarovanın 81 yaşı tamam olub

Bu gün Azərbaycanın görkəmli müğənnisi, xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın doğum günüdür.

“Report” xəbər verir ki, xalq artistinin 81 yaşı olur.

Zeynəb Xanlarova 1936-cı ildə Bakıda dünyaya gəlib. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

O, 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Zeynəb Xanlarova, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın bir çox ölkələrində konsertlər verib.

Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

O,1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artistidir. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır (1985). “Şöhrət” və “Heydər Əliyev”ordeni ilə təltif edilib.

Həmçinin oxuyun

BDU-dan qalmaqalla qovulan tələbə barədə verilən əmr ləğv ediləcək? – Açıqlama

“Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani …