Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Zelenskidən İlham Əliyevə məktub

Zelenskidən İlham Əliyevə məktub

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibəti ilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın dayanıqlı templərini nümayiş etdirir, bu da şübhəsiz ki, ölkənin dünya arenasında nüfuzunun möhkəmlənməsinə təsir edir.

Əminəm ki, Ukrayna və Azərbaycan arasında mövcud əməkdaşlıq gələcəkdə də strateji tərəfdaşlıq ruhunda və dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi əsasında inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …