Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Zaur Kamaldan Seyidcahana cavab “İynən olsun dik, Eliza”

Zaur Kamaldan Seyidcahana cavab “İynən olsun dik, Eliza”

Bəstəkar-müğənni Ela Seyidcahanın “Xalqın şairi” telelayihəsində münsiflər kürsüsündə əyləşməsi birmənalı qarşılanmadığı kimi Əməkdar artistin “Ağınızı tikim” şeiri də qalmaqallara səbəb oldu. E.Seyidcahanın əvvəlki şeirləri olduğu kimi bu şeiri də sosial şəbəkələrdə tənqid atəşinə tutuldu. Elza xanımın “Ağzınıı tikim”inə nəzirələr yazan da tapıldı.
Bu gün aparıcı Zaur Kamal öz instaqram səhifəsində Elza Seyidcahanın “Ağzınızı tikim” şeirinə yazılmış cavabı paylaşıb.
“Tikən iynən qırılmasın,
Ağzımızı tik eliza,
Elə tik ta cırılmasın,
Tik eliza, tik eliza.
Qovan tikir, tutan tikir,
Əlli ildi “atan” tikir,
Hər iynəsi batan tikir,
Tik eliza, tik eliza.
Bərk tut qaçırma ilməsin,
Elə tik heç kim bilməsin
Tikən iynən əyilməsin,
Hər vaxt olsun dik, eliza”.
Qeyd edək ki, Zaur Kamal cavab şeirinin müəllifini qeyd etməyib.
Moderator.az

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın