Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Zaur Əliyev: “Elə həkimlərimiz var, 5-6 min manat əmək haqqı alır”

Zaur Əliyev: “Elə həkimlərimiz var, 5-6 min manat əmək haqqı alır”

Milli Məclisdə keçirilən müzakirələrdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev spiker Oqtay Əsədovun təklifi ilə tibbi sığortanın pilot layihə kimi tətbiq olunduğu 3 rayondakı (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları-E.P.) vəziyyətlə bağlı məlumat verdi. Onun dediyinə görə, vəziyyət kifayət qədər yaxşılaşıb, həm xəstələr, həm də həkimlər və digər tibb işçiləri məmnundur. “Elə həkimlərimiz var ki, 5-6 min manat əmək haqqı alır”-deyə, Z.Əliyev bildirdi.

Deputat əlavə etdi ki, digər tibb işçilərinin də əmək haqqı nəzərəçarpacaq dərəcədə artıb.

Agentlik rəhbəri dedi ki, bu rayonlarda təkcə əməliyyat sayı 52 faiz artıb: “Azərbaycanda ən çox ölümün səbəbi ürək-damar xəstəlikləri ilə bağlıdır. Biz bir ildə 900-dən çox vətəndaşlara ürək-damar xəstəlikləri ilə bağğlı xidmətlər göstərdik. Bizim pilot dövründə həmin regionlarda ölüm sayı da azalıb. Vətəndaşlarımız rahat şəkildə xidmətlərdən istifadə edirlər. Birinci ildə biz daha çox kəmkiyyətə üstünlük verirdiksə, artıq kəmiyyətə üstünlük veririk”.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …