Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Aktual / Zatulinin Ermənistana girişinə qadağa qoyuldu

Zatulinin Ermənistana girişinə qadağa qoyuldu

Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb.

Məlumata görə, siyasətçi Ermənistanda “persona non-qrata” elan olunub.

Nəşrin iddiasına görə, Zatulin Ermənistan hökumətini 44 günlük müharibədə məğlubiyyətdə ittiham edib, ölkənin daxili işlərinə qarışaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. 

K.Zatulin isə öz növbəsində Ermənistanın bu qərarına münasibət bildirərək bunu təhqiredici hərəkət kimi qiymətləndirdiyini açıqlayıb.

Həmçinin oxuyun

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olundu

“Qafqazinfo” xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini …