Bazar , Yanvar 17 2021
Ana səhifə / Aktual / Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi

Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi

Ermənistanın Rusiyadakı əsas lobbiçilərindən biri, Rusiya Dövlət Dumasının deputatı, MDB İşləri Komitəsinin sədr müavini Konstantin Zatulin hesab edir ki, erməni tərəfinin hərbi və diplomatik məğlubiyyətindən sonra Qarabağın statusu bu qədər asanlıqla həll oluna bilməz.

Virtualaz.org bildirir ki, məlumatı “Novosti Armeniya” yayıb.

K.Zatulin agentliyinə müsahibəsində bildirib ki, Qarabağın statusu məsələsi müzakirə edilsə belə, o, Ermənistan üçün müsbət olmayacaq.

“İlk növbədə məğlubiyyətdən nəticə çıxarmaq, güc toplamaq, müdafiə qabiliyyətini yeni səviyyəyə çatdırmaq, siyasi və iqtisadi böhranı aradan qaldırmaq lazımdır. Dağlıq Qarabağın istənilən statusuna necə nail olmaq barədə yalnız bundan sonra düşünmək olar. Hər şeyin məhv edildiyi və Ermənistanda baş verənlərlə bağlı heç kimin heç bir şey edə bilmədiyi indiki vaxtda status məsələsini qaldırmaq sadəcə rüsvayçı bir müzakirədir”, – deyə Rusiyanın millət vəkili vurğulayıb.

Həmçinin oxuyun

Xankəndiyə kimlər qayıdır?

Qarabağa ermənilərin qayıtması prosesi belə görünür ki, yekunlaşır. Rusiya Müdafiə Nazirliyinin yaydığı dünənki məlumata görə, …