“Əsrlərin sınağından çıxmış Azərbaycan və Türkiyə qardaşlığı bu gün dünyada hamı üçün örnəkdir”.
“Yeni
Sabah” xəbər verir ki, bunu keçmiş deputat və icra başçısı Vaqif
Abdullayev deputat Araz Əlizadənin türklər və Nuru Paşa haqda
səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib. Onun mövzu haqda
fikirlərini təqdim edirik:
““Millət
vəkili” Araz Əlizadənin bir neçə gün əvvəl TV-də türklərlə bağlı
səsləndirdiyi fikirlər hələ də cəmiyyətdə ağır təpki, haqlı narazılıqla
qarşılanmaqdadır. Onun Qafqaz İslam Ordusunun komandanı, bütün türk
dünyasının qürur və fəxr ünvanı qəhrəman Nuru Paşanın Azərbaycanda pul
müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan
bağlılığının olmaması barədə fikirlərinə ölkəmizdə və Türkiyədə yaşayan
türklər tərəfindən sosial mediada da ciddi etiraz gəlməkdədir.
Araz
əlizadədən bundan artığını gözləmək də olmazdı. Onun Azərbaycanın
müstəqillik əldə etdiyi ilk günlərdən başlayaraq dövlətimizin milli
maraqlarına, suverenliyinə qarşı xəyanətkar mövqeyi olan və erməni
separatizminə haqq qazandıran Leyla Yunus, Arif Yunus, Arzu Abdullayeva
kimi zatı və qanı xarab olanlarla birgə fəaliyyətini heç kim unutmayıb.
Bu
gün Amerikadakı erməni lobbisinin süfrəsindən qidalanan yunuslara,
əlikramlara olan sevgisini ürəyində yaşadan Araz Əlizadələrin türkə,
türkçülüyə, milliliyə münasibəti PKK-nın, ASALA-nın mövqeyidən heç də
fərqlənmir. Onun bu mövqeyi erməni terrorbaşı Qaregin Njde ləqəbli
Qaregin Ter-Arutyunyanı tərif edən Paşinyanın mövqeyinə daha yaxındır.
Azərbaycan
və Türkiyə türklərini qan bağlılığı, genetik kod birləşdirir. Əsrlərin
sınağından çıxmış türk qardaşlığı bu gün dünyada bir örnəkdir.
Azərbaycan və Türkiyənin zəngin tarixində, minillər tarixi olan hər
qayasının, hər daşının üzərinə qardaşların hopmuş qanı vardır.
Tarixə
qızıl hərflərlə həkk olunmuş 15 sentyabr Azərbaycanın şərəf tarixidir,
zəfər bayramıdır. Nuru Paşanın igid əsgərləri ötən əsrin əvvəllərində öz
qardaşlıq borclarını necə şərəflə yetirə yetirmişdilərsə, Çanaqqalada
şəhid minlərlə azərbaycanlı öz can borcunu ödəmişdir.
Hər
bir azərbaycanlı Türkiyədə və dünyada yaşayan bütün türkləri özünün
qardaşı hesab edir, özünün qanı-canı bilir. Hər iki ölkə kədərini özünün
kədəri, sevincini sevinci hesab edir. Prezident İlham Əliyevin çox
dəqiq və möhtəşəm şəkildə ifadə etdiyi kimi “Türkiyənin uğuru
Azərbaycanın uğurudur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o
qədər güclü olacaqdır”.
100
il əvvəl olduğu kimi bu gün də Azərbaycan və Türkiyə ordusu bir
yerdədir, birgə təlimlər keçirlər, çiyin-çiyinə düşmənə qarşı
mübarizliyini, əzmkarlığını nümayiş etdirir.
Türkün
heç vaxt nankora, satqına ehtiyaca olmayıb, araz əlizadə kimilərinə də
əsla kiminsə ehtiyacı yoxdur. Biz türklər öz milli mənsubluğumuzla fəx
edirik.
Tarixini
bilməyən xalq, tərcümeyi-halını bilməyən insana bənzəyər. Zatını
bilməyən oğuldan kişi çıxmaz. Hələ də öz milli mənsubiyyətini tapa
bilməyən araz əlizadə neçə ildir ki, ortaya nifaq salmağa çalışan
qardaşlarının mahnısını ifa etməyə çalışır. Ancaq böyük şairimiz Fikrət
Sadığın dediyi kimi, “biri elə çalır, biri belə çalır, biri də elə –
belə çalır”. araz əlizadə də beləsindəndir.
Gərək hər kəs bildiyi mövzudan danışsın, bu zavallılar başa düşmürlər ki, bilmədiyi şeydən danışanda üfunətləri ətrafı bürüyür”.
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …