Şənbə , Yanvar 23 2021
Ana səhifə / Aktual / Zaqatalada məktəbli tələbəni qətlə yetirdi – Təfərrüat

Zaqatalada məktəbli tələbəni qətlə yetirdi – Təfərrüat

Zaqatalada yuxarı sinif şagirdi 1-ci kurs tələbəsini bıçaqlayaraq qətlə yetirib.

Hadisə bu gün axşam saatlarında rayonun Mosul kəndi ərazisindəki idman meydançasında baş verib.

Mosul kənd sakinləri olan 16 yaşlı Əli Arzuman oğlu Əliməmmədovla 18 yaşlı İlyas Teymur oğlu İlyasov arasında şəxsi münasibətlər zəminində dava düşüb.

Dava zamanı Əli Əliməmmədov üzərində olan bıçaqla İlyas İlyasovu bıçaqlayıb. Ağır bıçaq xəsarətləri alan İlyas İlyasov hadisə yerində ölüb. Meyit müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli sayılan Əli Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Qətlə yetirilən İ.İlyasov isə Gürcüstan Respublikasındakı ali təhsil ocaqlarından birinin birinci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır/APA.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …