Ana səhifə / Aktual / Zaqatalada institutda kütləvi zəhərlənənlər olub – Say 40-ı ötüb (Yeniləniib)

Zaqatalada institutda kütləvi zəhərlənənlər olub – Say 40-ı ötüb (Yeniləniib)

Zaqatalada dünən zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb.

Azinforum.az TƏBİB-ə istinadla xəbər verir ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın, 13 kişi olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: “Onlardan 15-i uşaqdır. Hər birinə zəruri tibbi xidmət göstərilib, 32 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”.

***

Zaqatalada dönərdən kütləvi zəhərlənənlərin sayı artıb.

Azinforum.az xəbər verir ki toyuq dönəridən zəhərlənərək Zaqatala Mərkəzi Xəstəxanasına müraciət edənlərin sayı 40-ı ötüb.

***

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.

Məlumata görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb(Report).

Həmçinin oxuyun

İbrahim Rəisinin Tehranda dəfn mərasimi keçirilir – FOTO

İranın paytaxtı Tehranda helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən …