Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Aktual / Zaqatala dağlarında itən turist: “Qarşımıza ayı çıxdı” – VİDEO

Zaqatala dağlarında itən turist: “Qarşımıza ayı çıxdı” – VİDEO

İyulun 23-ü səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər – Əli Əlizadə və Əbdül Rzayev dağlıq ərazidən təxliyə olunublar.
Artıq Bakıya qayıdan Əbdül Rzayev yaşadıqları o qorxunc iki gün barədə Apa TV-yə danışıb.

Gecələdikləri dərədə ayı gordüklərini bildirən müsahibimiz yırtıcı heyvandan uzaqlaşmaq üçün yollarını dəyişdiklərini və bundan sonra vəziyyətin daha da çıxılmaz hal aldığını bildirib.

Əbdül Rzayev deyir ki, o qorxunc günlərdə həyatda qalmaqlarına kömək edən ən böyük amil özləri ilə götürdükləri çadır və ehtiyat qidalar olub.

Həmçinin oxuyun

Qoyun-quzusu ilə birgə Ermənistan tərəfə keçdi – Video

Xəbər verdiyimiz kimi, artıq 50 mindən artıq erməni Qarabağı tərk edərək Ermənistan tərəfə keçib.Köç zamanı …