Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Zamirənin bədxərcliyinin əziyyətini bütün xalq çəkir” – Rza İbadov

“Zamirənin bədxərcliyinin əziyyətini bütün xalq çəkir” – Rza İbadov

“Bəlkə də inanmazsınız. Nə qədər insan buna görə mənə zəng edir. Dünən də bahalı iti ilə evdən çıxarkən şəkli çəkilib və mediada yayımlanıb. Bir ingilis  dostum mənə zəng etdi ki, sizin həmyerliniz ən bahalı alış-veriş mərkəzi olan “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Londonda yaşayan keçmiş millət vəkili Rza İbadov Modern.az-a müsahibəsində deyib. Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın bahalı həyatı haqda İngiltərə mediasında yazılanlara münasibət bildirən R. Ibadov deyib ki, əslində Londonda vəkillər məsələni uzadıblar: “Guya ki, pulları halal yolla qazandığı  araşdırılacaq. Hamımız bilirik ki, bu pullar halal yolla qazanılmayıb. Zamirə Hacıyevanın bədxərcliyinin əziyyətini bütün Azərbaycan xalqı çəkir. Təqaüdçülər,  müəllimlər çəkir. Azərbaycan iqtisadiyyatına ən böyük zərbəni Beynəlxalq Bankın rəhbərliyi etdi, neftin pullarını havaya sovurdular, devalyasiyaya səbəb də bu cür hallar oldu. İngiltərədə o cür hallara çox pis baxırlar. Zamirə Hacıyevanın alış-veriş etdiyi dükana yaxın yerdə yaşayıram. Başqa yerdə satılan əşyalar 5 funtdursa, orada 15 funtdur. Orada qiymətlər çox yüksəkdir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …