Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Zamirə Hacıyeva haqqında yeni qərar: Ali Məhkəməyə şikayət edə bilməyəcək

Zamirə Hacıyeva haqqında yeni qərar: Ali Məhkəməyə şikayət edə bilməyəcək

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın apelyasiya şikayəti rədd edilib.

Onun vəkilləri dekabr ayında Milli Cinayət Agentliyinin onun mülkünü müsadirə etməsi cəhdinə qarşı Apelyasiya Məhkəməsinə şikayət etmişdi.

Zamirə Hacıyeva ilk hədəfi olduğu Britaniyanın “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ona qarşı tətbiq olunmasının qarşısını almağa çalışırdı.

Çərşənbə günü səhəri işə baxan Apelyasiya məhkəməsinin üç hakimindən biri Lord Burnett həmçinin deyib ki, Zamirə Hacıyevanın bu qərardan şikayət etmək üçün icazə almaq barədə vəsatəti də rədd edilib.

Bu o deməkdir ki, o bu qərardan Ali Məhkəməyə şikayət edə bilməyəcək.

Hakimlər onun iki il əvvəl “İzahedilməz Sərvət Sərəncamı”nın qanuni hədəfi olduğunu bildirib.

55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks Harrods mağazasında 16 milyon funt xərcləməklə tanınır.

Bu sərəncama əsasən o, Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkünü və Berkshire-də təmtəraqlı qolf kursunu almaq üçün var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməsə, Milli Cinayət Agentliyinə (NCA) mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edəcək.

Onun əri Cahangir Hacıyev, Azərbaycanda həbsxanadadır – o, bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib.

Hacıyevlər onlara qarşı bütün ittihamları rədd edirlər və Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi açılmayıb.

Lakin 2018-ci ilin noyabrında Azərbaycanın Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olaraq o həbs olunub və sonradan o, girov qarşılığında azad edilib.

O, Azərbaycana ekstradisiya edilməyəcək.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …