Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Zamanında müdaxilə olunmasaydı, ayağı kəsiləcəkdi

Zamanında müdaxilə olunmasaydı, ayağı kəsiləcəkdi

Türkiyə və Avropa Revmotoloqlar Dərnəyinin üzvü Dr. Nərgiz Hüseynova bu sahədə olan bütün tibbi yenilikləri ölkəmizə gətirməyə davam edir.

“Qafqazinfo” xəbər verir ki, hazırda Avrasiya–Hospitalda fəaliyyət göstərən Nərgiz Hüseynovanın pasientləri ondan razılıq edir. 66 yaşlı Kərəm Süleymanov həkimi ilə bağlı təəssüratlarını bölüşüb. Belə ki, xəstə 1 ildən artıqdır ayaq nahiyəsində olan kəskin yara və ağrılardan şikayəti nəticəsində  Nərgiz Hüseynovaya müraciət edib və kəsilməyinə belə razı olduğu ayağının indi sap sağlam olduğunu bildirib: 

“Dəfələrlə bəzi xarici ölkələrə üz tutmağıma baxmayaraq nə yaramın sağalmasına nə də ağrımın keçməsinə həkimlər nail ola bilmədilər. Onlarla müxtəlif diaqnozlar qoyulsa da ən sonda xəstəliyimin əsl adını öyrəndim.  Uşaqlıqdan bəri əzələ və oynaqlarımda yüngül ağrı olmasına baxmayaraq, məndə çox ağır bir revmatoloji xəstəlik olan Vaskulit olduğundan xəbərsiz idim.  Artıq köməkçi vasitələr olmadan hərəkət edə bilmirdim.  Ağrılar o qədər bezdirici hala gəlmişdi ki ayağımın kəsilməyinə belə razı idim.  Ümüdümü tam üzmüşkən Vaskulit xəstəliyinin müalicəsi üçün Nərgiz Hüseynovanı məsləhət bildilər . Nə qədər ümüdsüz olsamda 5 aylıq müalicə üz güldürən oldu. Nəinki yaralarımın sağalmasına hətta bütün ağrılarımın keçməsinə nail olduq. Azərbaycanda nə qədər həkimlər haqqında pis düşüncələr olsa da bizim xaricdə təhsil alan və işini nümunəvi şəkildə yerinə yetirən N.Hüseynova kimi həkimlərimiz var”.

N. Hüseynova isə bu barədə qısa olaraq onu bildirib ki,  bu xəstəlikdən əziyyət çəkənlərin sayı ölkəmizdə yetərincə çoxdur.  Zamanında müdaxilə olunub, müalicə başlanarsa, uğurlu nəticələrin əldə edilməsi daha asandır. Sözü gedən pasiyentin müalicəsi uğurla nəticələndi . Artıq sadəcə ildə iki dəfə kontrol müayinəsi həyata keçirilir.

 İnstaqram: dr.nergiz_huseynova

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …