Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / Zakir Sultanov 5 milyon manat ödəyib, amma ondan daha 5 milyon istəyirlər

Zakir Sultanov 5 milyon manat ödəyib, amma ondan daha 5 milyon istəyirlər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dəymiş ziyanla bağlı mülki iddia qaldırıb.

Mülki iddiada qeyd edilir ki, 5 milyon 327 min 900 manat ziyan təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxsin vəkilləri isə mülki iddiaya etiraz ediblər. Bildiriblər ki, dəymiş ziyan ödənilib. Daha sonra müdafiəçilər vəsatətlə çıxış etmək üçün məhkəmədən vaxt istəyiblər. Proses noyabrın 18-də davam etdiriləcək.

Xatırladaq ki, Z.Sultanov tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham edilir. O, mədəniyyət nazirinin müavini Rafiq Bayramovla birlikdə 2020-ci ilin mayında DTX tərəfindən həbs edilmişdi.

Z.Sultanovun işi üzrə məhkəmə bu ilin avqustunda başlayıb. Məhkəmənin hazırlıq iclasında açıqlanmışdı ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi vurduğu zərərin 4 milyon manatını nəğd şəkildə ödəyib. Habelə onun 600 min dollarlıq əmlakı və daha 130 min, 10 min, və 20 min dəyərində olan əmlaklarına da həbs qoyulub. Z.Sultanov həmin əmlakların dəymiş zərərin əvəzi kimi hesablanmasına razılıq verib. Nəticədə vəkilləri onun dəymiş zərəri demək olar ki, tam ödəməsini əsas gətirərək məhkəmə istintaqının gedişində ev dustaqlığına buraxılması üçün vəsatət qaldırmışdılar, amma hakim bu vəsatəti təmin etməmişdi.

Həmçinin oxuyun

Deputat Vüqar İskəndərov Bakı Gənclər Mərkəzində gənclərlə görüşdü- Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı …