Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / ZAKİR QARALOVDAN PƏRVİZ HƏŞİMLİYƏ CAVAB: “SİZİ VİCDAN MƏHBUSU KİMİ HEÇ KİM TANIMAYIB” (VİDEO)

ZAKİR QARALOVDAN PƏRVİZ HƏŞİMLİYƏ CAVAB: “SİZİ VİCDAN MƏHBUSU KİMİ HEÇ KİM TANIMAYIB” (VİDEO)

Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov bu gün jurnalistlərin suallarını cavablandırıb. Gununsesi.info-nun əməkdaşı fürsətdən istifadə edərək, Baş prokurora keçmiş MTN başçısı Eldar Mahmudovun həbs olunmaması barədə də sual verib. Baş prokurorun bu suala və digər suallara cavablarını təqdim edirik:

 

– Cənab baş prokuror, Azərbaycan cəmiyyətini narahat edən bir sual hələ də açıq qalır. Niyə, Eldar Mahmudov həbs olunmur? Bu şəxsin rəhbəri olduğu qurumda 20 nəfər vəzifə cinayətlərinə görə, həbsdə olduğu halda o, azadlıqdadır.

– Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bu gün də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır. Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq.

– Baş Prokurorluğun MTN-də İstintaqa Nəzarət İdarəsinin prokurorları MTN müstəntiqlərinin qanunsuzlulqarına göz yumub. Bəs, Baş Prokurorluğun rəhbərliyi bu cür halları araşdırıb, tədbirlər görübmü?

– Sizin fikrinizlə, tam razı deyiləm. Çünki, istintaqın tam araşdırma predmenti olan işlər üzrə tam əksəriyyəti MTN-nin icraatında olmayıb. Həmin şikayətlər üzrə qeydiyyatdan keçirilməyib. Konkret cinayət işləri üzrə qanunsuzluq faktları olub. Bu faktlarla bağlı həm də xidməti araşdırma aparırıq. Xüsusi vurğulamaq istəyirəm ki, Baş Prokurorluq öz məsuliyyətini kənarda qoymur.Əgər belə faktlar müəyyən olunacaqsa, həmin əməkdaşlarımız barəsində tədbirlər görüləcək.

– Əli İnsanov barəsində ne deyə bilərsiniz?

– Nə deyəsiyəm ki…Cinayət törədib ki, cinayət işi də başlanıb.

– Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququqnun məcburiliyini tanısa da Konvensiyanın 5-ci maddəsinin pozuntusu barədə qərarlar da artır. Niyə, ölkəmizdə həbs-qətimkan tədbiri kütləviləşib?

– Mən sizlə razı deyiləm ki, bu, belədir. Əgər bir-iki iş olubsa, bunu ümumiləşdirib, qiymət vermək olımaz. Biz Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşırıq və icra edirik. (Gununsesi.info)

 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın