Ana səhifə / Aktual / Zakir Qaralov: “Seçkilərdə cinayət xarakterli məlumatların araşdırılması məqsədilə işçi qrupu yaradılıb”

Zakir Qaralov: “Seçkilərdə cinayət xarakterli məlumatların araşdırılması məqsədilə işçi qrupu yaradılıb”

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov aprelin 4-də Müstəqil Dövlətlər Birliyinin (MDB) seçki müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda ilə görüşüb.

Bu barədə musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi, seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi üçün ölkəmizdə görülən işləri qeyd etməklə seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib. Görüş zamanı seçki prosesində yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığı xüsusi qeyd edilib.

Y.Sloboda ölkədə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq seçkilərin normal keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, ötən seçkilərlə müqayisədə dairə seçki komissiyalarının üzvlərinin peşəkarlıqlarının daha da artdığının şahidi olduğunu qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …