Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Zakir Qaralov ona yeni vəzifə verdi – Foto

Zakir Qaralov ona yeni vəzifə verdi – Foto

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Baş prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib. Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Baş İdarənin rəis müavini vəzifəsində daha əvvəl baş ədliyyə müşaviri Orxan İsayev çalışıb. O, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …