Ana səhifə / Aktual / Zakir Həsənovun müavinlərinin sayı 6-ya çatdı- Siyahı

Zakir Həsənovun müavinlərinin sayı 6-ya çatdı- Siyahı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, A.Qurbanovun təyinatı ilə müdafiə naziri Zakir Həsənovun müavinlərinin sayı altıya çatıb. Son təyinatadək nazirliyin rəsmi saytında müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi boş idi. A.Qurbanovun mülki həyatdan müdafiə nazirinin müavini vəzifəsinə gətirilən ilk şəxs olduğu bildirilir.

Müdafiə nazirinin digər müavinləri isə uzun illər hərbi xidmət yolu keçmiş aşağıdakı generallardır:

Müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev;

Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev;

Müdafiə nazirinin müavini – Maddi-texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov;

Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı, general-leytenant Ənvər Əfəndiyev;

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı, general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …