Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / Zakir Həsənov xidməti müşavirə keçirdi

Zakir Həsənov xidməti müşavirə keçirdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub.

Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik komandirləri, o cümlədən digər məsul zabitlər isə müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Əvvəlcə qardaş Türkiyə Respublikasının hərbi qulluqçularını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların xidmət və məişət şəraiti, o cümlədən mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi istiqamətində aparılan işlər barədə bir daha ətraflı məlumat verilib.

Müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki hazırkı vəziyyət təhlil edilib.

Nazir, Azərbaycan Ordusunda qoşunların hazırlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin döyüş hazırlığı və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması, onlara təhlükəsizlik qaydalarının çatdırılması və bu qaydalara əməl olunmasına ciddi nəzarət edilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yollarının çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

General-polkovnik Z.Həsənov qış mövsümünü nəzərə alaraq bölmələrin fəaliyyətinin, xüsusilə dağlıq ərazilərdə xidmət edən bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması məsələlərinin diqqətdə saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.

Həmçinin oxuyun

Deputat Vüqar İskəndərov Bakı Gənclər Mərkəzində gənclərlə görüşdü- Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı …