Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Zakir Həsənov bu gün Türkiyə və Gürcüstanın baş qərargah rəisləri ilə görüşəcək

Zakir Həsənov bu gün Türkiyə və Gürcüstanın baş qərargah rəisləri ilə görüşəcək

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana gələcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcəklər. Üçtərəfli görüş noyabrın 21-də Bakıda keçiriləcək.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …