Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Zakir Fərəcovun qardaşının şirkəti üzə çıxdı

Zakir Fərəcovun qardaşının şirkəti üzə çıxdı

Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcov İNTELEKT LTD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2007-ci ildə qeydiyyatdan keçirib. Reportyor.info xəbər verir ki,bu barədə jurnalist Cavanşir Həsənli yazıb.

Şirkət SUMQAYIT ŞƏHƏRİ, MƏH 20, ev 16/56-da qeydiyyatdadır. Bu ünvanda həmin ilin iyun və iyul aylarında daha 5 şirkət – TRANS-AVTO LTD MMC, EVEREST LTD MMC, QIZILDAŞ LTD MMC, KAİNAT LTD MMC və “GƏNCLİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyata alınıb.
TRANS-AVTO LTD MMC-nin qanuni təmsilçisi SÜLEYMAN ƏBDÜRRƏHMANOV AKİF OĞLU eyni zamanda BİNƏQƏDİ RAYONU, MİKRORAYON 7, ev 9/25, m. 146-da hüquqi qeydiyyatda olan “YARADAN KƏNDLİ-FERMER TƏSƏRRÜFATI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisidir.
Nazim Fərəcovun təsisçisi olduğu “LAMİNAT-KOMMERS LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2008-ci ildə qeydiyyatdan keçib. Onun oğlu Ruslan Fərəcovun təsisçisi olduğu RUSLAN-S MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ildən fəaliyyətdədir.
Nazim Fərəcov 2012-ci ildə Türkiyədə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alsa da sonradan aldadıldığı məlum olmuşdu.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …